Tarixi şəxsiyyətin qalib davamçisi, əvəzolunmaz liderin atasina 100 illik yubiley hədiyyəsi

Bu gün xalqımız ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir, əziz xatirəsini uca tutur və minnətdarlıqla anır. Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı ki, biz bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq. O, hər zaman öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib.

Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Şagirdlər ümummilli lider Heydər Əliyevə olan sevgisini müxtəlif təqdimatlarda təzahür etdirirlər ( https://youtu.be/PeJGljNeclM, https://youtu.be/5Ib9F8eZkSc ). Onlar inanırlar ki, Heydər Əliyevin ideyaları, onun müəyyənləşdirdiyi işıqlı yol  dövlətimizi daha böyük nailiyyətlərə, zəfərlərə aparacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi