“Yaradıcı müəllim: inkişaf edək, etdirək” müsabiqəsində "Tərifnamə" ilə təltif olundular

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Yaradıcı müəllim: inkişaf edək, etdirək" təqdimat müsabiqəsi keçirilib.

    Bu müsabiqədə 318 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vüsalə Abbasova və şagirdi Zeynal Rəsulzadə həvəsləndirici yer tutublar. Onlar akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan mükafatlandırılma mərasimində “Tərifnamə” ilə təltif olunublar.

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarət olub.

    Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi