Ağasəf Məmmədli Uşaq İncəsənət Festivalının birinci mərhələsində uğurla iştirak edib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir.

Bakı şəhəri üzrə festivalın ilk mərhələsi altı məkanda – Binəqədi rayon mərkəzi Mədəniyyət evi, Mərdəkan Mədəniyyət Sarayı, Ə.Əmirov adına Mədəniyyət sarayı, H.Abbasov adına Mədəniyyət Mərkəzi, Binə qəsəbə Mədəniyyət Mərkəzi, Şağan qəsəbə Mədəniyyət Mərkəzində keçirilir.

Seçim turunun ilk günündən indiyədək 738 iştirakçı Azərbaycan xalq çalğı alətləri ifaçılığı, heykəltəraşlıq, rəsm, solo milli rəqs, piano ifaçılığı, estrada oxuma, akademik vokal, caz ifaçılığı (kollektiv), aşıq sənəti, rəqəmsal incəsənət, aktyorluq, bədii qiraət nominasiyaları üzrə öz qabiliyyətini nümayiş etdirib. Uşaqların ifaçılıq və yaradıcılıq qabiliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

318 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ağasəf Məmmədli də bu festivala qatılaraq ilk mərhələdə uğurla iştirak edib (https://youtu.be/cW0rON05hwA).

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi