Şagirdlərdə idrak proseslərinin inkişaf səviyyəsi yoxlanıldı

Yetişməkdə olan gənc nəslin inkişafını düzgün istiqamətləndirmək üçün şagirdlərdə idrak proseslərinin və şəxsi-emosional sferasının öyrənilməsi istiqamətində diaqnostika və korreksiya işlərinin aparılması daim diqqət mərkəzindədir. Bu məqsədlə 4-cü sinif şagirdləri ilə məktəb psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova tərəfindən "Anlayışların təsviri" adlanan idrak proseslərinin inkişafına yönəlmiş diaqnostika işi aparıldı.
Təlimata əsasən, şagirdlər müəyyən olunmuş vaxt ərzində deyilən mücərrəd və konkret mənalı sözləri təsvir etməli, sonra həmin təsvirlərin adlarını qeyd etməli idi. Proses hafizənin, təfəkkürün, qavrayışın, təxəyyülün inkişaf etdirilməsi və psixodiaqnostikası məqsədi ilə qurulmuşdur. Diaqnostika işi şagirdlər tərəfindən maraqla qarşılandı.
Sonda şagirdlərin nəticələri sinif rəhbərləri ilə müzakirə olundu və birgə fəaliyyət istiqaməti müəyyənləşdirildi.