Məktəbdə “açıq qapı” günü keçirildi

Hər il olduğu kimi bu il də məktəbimidə valideyn-məktəb əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə 2017- ci il yanvarın 16-da “Açıq qapı” günü keçirildi. “Açıq qapı” günündə valideynlər müəllim kolletivi, eləcə də rəhbərliklə görüşmüş, müxtəlif məsələlərlə bağlı onlara müraciətlər etmişlər. Valideynlər şagirdlərin təhsil aldığı sinif otaqlarına gəlmiş, öz övladlarının təhsil şəraiti ilə yaxından tanış olmuşlar.