"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirmə işləri davam edir

    "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirmə işləri davam edir.

    19 aprel 2023-cü il tarixində 318 nömrəli tam orta məktəbdə sinif rəhbəri Kifayət Abbasova, psixoloqlar Vəfa Əliyeva və Şəbnəm Hümbətovanın iştirakı ilə məktəbin 9 “Ə" sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" mövzusu əsasında maarifləndirici söhbət edildi.     Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

    Söhbət zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə tövsiyələr verildi. Şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi