Şagirdlər ilə "Psixi Emosional vəziyyətin öyrənilməsi - Ayzenq" testi keçirildi

318 nömrəli tam orta məktəbin psixoloqları tərəfindən yeniyetmə şagirdlər ilə "Psixi Emosional vəziyyətin öyrənilməsi (Ayzenq)" testi keçirildi.
Bu metodikanı keçirməkdə məqsəd, psixoloji durumu qeyri - sabit və zəif iradi keyfiyyətlərə malik olan şagirdləri müəyyənləşdirmək, onlara psixoloji dəstəyin göstərilməsindən ibarətdir.
Sonda nəticələr qeyd olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.