"İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparılıb

    6-10 aprel 2023-cü il tarixləri arasında məktəbimizin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova IX sinif şagirdləri ilə imtahan qabağı psixoloji söhbət aparıblar. Proses məktəbin bütün IX siniflərini əhatə edib. Psixoloji söhbət və iş aparmaqda məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara  psixoloji dəstək göstərməkdən ibarət olub.

    Psixoloqlar imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı şagirdlərə məlumat verib, imtahan qabağı həyəcan hissinin təbii hal olduğunu, lakin normaldan yüksək həyəcanın insanlarda gərginlik, psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağını da nəzərə çatdırıblar. Bu səbəbdən, psixoloqlar "Həyəcan hissinin minimuma endirilməsi, onun  düzgün şəkildə  idarə edilməsi və aradan qaldırılması" ilə bağlı şagirdlərə psixoloji  tövsiyələr veriblər.

    Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi