Şagirdlər "Sağlam Həyat" günləri tədbirində fəal iştirak etdiklərinə görə qızıl sertifikatlara layiq görüldülər

Gənclər və İdman Nazirliyinin aprelin 6-dan 10-dək təşkil etdiyi "Sağlam həyat" günləri başa çatıb. 6 aprel - Beynəlxalq İdman Günü münasibətilə Dənzkənarı Milli Parkda təşkil olunan tədbirdə 3000-dən artıq vətəndaş iştirak edib. Onlar 6 yaşdan başlayaraq, 70+ olmaqla 11 müxtəlif yaş qrupu üzrə öz qüvvələrini sınayıblar.

İdman zonalarında qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi üzrə idman normativlərini yerinə yetirərək müvafiq sertifikatlar alıblar.

Normativləri yerinə yetirən iştirakçılara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim edilib.

318 nömrəli məktəbin idman sevərlərindən ibarət 10 nəfər heyət üzvü "Sağlam Həyat" günləri tədbirində  fəal iştirak etdiklərinə görə hər biri qızıl sertifikatlarla  təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi