2017-ci ilin yanvar ayı Azərbaycan dili, Ədəbiyyat və Fiziki tərbiyə fənlərindən açıq dərslərə start verildi

Hər il olduğu kimi bu il də məktəbimizdə bütün fənlərdən açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Yanvar ayı Azərbaycan dili, Ədəbiyyat və Fiziki tərbiyə fənlərindən açıq dərslər keçirilir. Müəllimlərimiz dərslərini kurikulum əsasında tədris edir, müasir təlim metodlarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə edilər. Azərbaycan dilinin fonetik, leksik, qrammatik xüsusiyyətlərinin mənimsənilməsi təmin olunur. Şagirdlərə dövlət dili kimi Azərbaycan dilinə hörmət və məhəbbət hissi aşılanır. Sağlamlığın möhkəmləndirilməsi və qorunmasında fiziki tərbiyə mühüm amildir. Fiziki tərbiyə dərslərində müvafiq vasitə və üsullarla şagirdlərin hərəki qabiliyyətlərinin inkişafı və hərəki vərdişlərinin formalaşdırılması, idmanın müxtəlif növləri ilə tanışlıq, intizamlılıq, dözümlülük, iradəlilik, müstəqillik keyfiyyətlərinin aşılanması təmin olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi