Turan Əzizli "Kikboksinq" idman növü üzrə "Bahar turniri"ndə qalib oldu

    Azərbaycan Kikboksinq Federasiyası, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Vətən İdman Klubunun birgə təşkilatçılığı ilə 25-26 mart tarixində Hövsan Olimpiya İdman Kompleksində uşaq, kadet, yeniyetmə və gənclər arasında kikboksinq idman növü üzrə "Bahar turniri" keçirilib.

    Turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Turnirdə 318 nömrəli tam orta məktəbin 8 yaşlı şagirdi Turan Əzizli 20 kq çəki dərəcəsi üzrə birinci yeri tutduğuna görə “Diplom”la təltif olunub.
    Turnirdə Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, Dünya Çempionu Həsən Hüseynov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Vətən müharibəsi iştirakçısı, XTQ mənsubu Elvin Məmmədov, Vətən Kikboksinq Klubunun direktoru, oyunun baş katibi Anar Heydərquliyev, oyunun baş hakimi Aydın Ağabəyov, idman klublarının rəhbərləri və klub üzrə fəaliyyət göstərən idmançılar iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi