Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

    “Heydər Əliyev İli” çərçivəsində martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP-ın Suraxanı rayon təşkilatının üzvü olan 318 nömrəli tam orta məktəbin müəllimləri də iştirak ediblər.

    Əvvəlcə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq olub.

    Sonra ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

    Daha sonra rayonun Heydər Əliyev Mərkəzi ziyarət edilib.

    Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov  ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib.

Daha sonra YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü Adilə Abasova, YAP Veteranlar Şurasının üzvü,  Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva öz çıxışlarında ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu və bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirdilər. Bildirildi ki, Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.

    Daha sonra gənclərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi