"Quşu rənglə" metodikası ilə 3-cü sinif şagirdləri arasında psixodiaqnostik iş aparıldı

    Psixoloqlar,psixodiaqnostika işi prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir. Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara malik olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır.

    318 nömrəli tam orta məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova tərəfindən, 3-cü sinif şagirdləri ilə hafizə və diqqətin inkişaf səviyyəsinin təyin olunması məqsədilə "Quşu rənglə"adlı diaqnostika işi keçirildi. Tapşırıqda "Ardıc quşu" adlı  mətn şagirdlərə oxundu və şəkil təqdim olundu. Şagirdlər mətnə  diqqətlə qulaq asdılar və quşu mətndə təsvir olunduğu kimi rəngləməyə çalışdılar. Rənglənmiş şəkillər mətnlə müqayisə olundu və səhvlər müzakirə edildi. Şagirdlərin nəticələri "yüksək" və "orta" səviyyə olaraq müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi