Məktəbimizdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirildi

30 dekabr 2016 -cı ildə məktəbdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin rəhbəri Mürsəl müəllim tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzuladı. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğuladı. Daha sonra tədbirdə iştirak edən digər müəllimlərin təbrikləri dinlənildi. Tədbir şagirdlərin hazırladıqları rəngarəng ədəbi-bədii proqramla davam etdirildi. Kiçik səhnələr, şeir kompozisiyaları, həmrəylik və vətənpərvərlik mövzusunda mahnılar, rəqslər, viktorinalar təqdim edildi. Şaxta baba və Qar qızın gəlişi də maraqla qarşılandı. Tədbirin sonunda fəal iştirakçılar fəxri fərmanlarla təltif olundu. Bütün iştirakçılar tədbirdən xoş ovqatla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi