1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

    318 nömrəli tam orta məktəbdə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliqismət Səfərov şagirdlərin maariflənməsi məqsədi ilə həyata keçirilən belə tədbirlərin əhəmiyyətini vurğuladı. O, bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. Məktəbdə mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərin təbliğinə yönəlmiş müxtəlif tədbirlərin əsas məqsədi şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olmasını təmin etməkdir.

    Tədbir çərçivəsində mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təlimatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi