20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar dərslər keçirilib

    Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

    318 nömrəli tam orta məktəbdə “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən I-IV sinif şagirdləri üçün “20 Yanvar şəhidləri”, V–IX sinif şagirdləri üçün “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X–XI sinif şagirdləri üçün 20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” mövzularında dərslər keçirilib (https://youtu.be/f0OMXhAd6N8).

    Məktəb rəhbərliyi ilə yanaşı müəllim və şagird heyəti şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Məktəbdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi