Şagirdlərimizin uğurları

318 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Mustafazadə Yusif Asif oğlu  Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən keçirilən Monitorinq-1-də məktəb üzrə ən yüksək nəticə göstərmişdir.

Aynurə müəllimin 1-ci sinif şagirdi Əliyeva Mədinə gimnastika sahəsində qazandığı uğurları müəllimi və rəhbərlik heyyəti ilə bölüşdü.

Məktəbin 8-ci sinif şagirdi Məşədiyeva Çinarə, eləcə də  Günel müəllimin 3-cü sinif şagirdləri Ellizli İlyas və Cabbarlı Yunis İsabət Tədris Mərkəzində keçirilən “İntellektual Bilik Yarışı”nda birinci yer qazanıblar.

Könül müəllimin 3-cü sinif şagirdi Zəhra Kazımova İbtidai siniflər arasında təşkil olunan Bilik sınağında 1-ci yer qazanıb.

Esmira müəllimin 3-cü sinif şagirdi Qərənfil Kazımova İbtidai siniflər arasında təşkil olunan “Bilik” sınağında 1-ci yer qazanıb. Qərənfil bu sevincini rəhbərlik və müəllimi ilə bölüşüb.

Şirin müəllimin 4-cü sinif şagirdi  Abdullayeva Zəhra  “CAPOEİRA” üzrə 7-9  yaşlı uşaqlar arasında  Respublika  birincisi olub.

Məmmədəliyev Vahid “Aura” idman klubunda cüdo güləşi üzrə keçirilən yarışda birinci yer qazanıb.  

Uğurlarınız davamlı olsun, əziz şagirdlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi