Monitorinqdə yüksək nəticə

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VI, VII və IX sinifləri üzrə monitorinq keçirilib.

   BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

    Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib.

    Monitorinqin həm ballar, həm də məzmun xətti üzrə nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunub. 318 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Mustafazadə Yusif Asif oğlu  BŞTİ tərəfindən keçirilən Monitorinq-1-də məktəb üzrə ən yüksək nəticə göstərib. Yusif məktəbin direktoru Əliqismət Səfərov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi