“Ailəm və məktəbim”

  Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Ailəm və məktəbim” layihəsi çərçivəsi daxilində şagirdlərlə görüşlər keçirlmişdir.

   Qeyd edək ki, “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi