Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

318 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.  Tədbirin keçirilməsində məqsəd şanlı qələbəmizin canlı şahidi olan gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.

Ulu öndərimiz bu gün  cismən aramızda olmasa da, onun işıqlı yolu uğurla davam edir. Bu yolu   layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir.

Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib dövlətimiz daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq. Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, onun müəyyənləşdirdiyi işıqlı yol dayanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi