“Vətən onun sərhədlərindən başlanır!”

​ ​   Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.

    Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!  İnsan hələ kiçik yaşlardan Vətənin doğmalığını, onun təkrar olunmazlığını və ya sadəcə “Ana Vətən” kəliməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.  Hüzur və rifah üçün evsiz, ailəsiz yaşamaq mümkün olmadığı kimi vətənsiz yaşamaq da mümkün deyildir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır.

  Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır.

    318 nömrəli tam orta məktəbin müəllimi Hərbi rəhbər Ədalət Əhlimanov şagirdlərdə vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədi ilə “Vətən onun sərhədlərindən başlanır!” adlı müxtəlif tədbirlər həyata keçirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi