Məktəbin direktoru Azərbaycan çempionunu təbrik etdi

    Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. Yeddi gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final döyüşlərində qalib gələn Məhəmmədəli Məmmədli, Əli Baxışov, Bilalhabaşi Nəzərov, Sübhan Babayev, Faiq Mollayev, Eldar Abdullazadə, Elbrus Kərimli, Orucəli Cavadzadə, Mirhəsən İbrahimov, Kənan Aslanlı, Rüstəm Nemətov, Kənan İsayev, Mircəlal Mirağayev, İlkin Məmmədli və eləcə də 318 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseyn Hüseynli çempion tituluna sahib olublar. Qaliblər medal və diplomla təltif olunublar.

    Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

  Bu münasibətlə məktəbin direktoru Əliqismət Səfərov və müəllimlər Hüseyn və onun valideynləri ilə görüşmüş, Hüseynə gələcək həyatında böyük uğurlar arzu etmişlər (https://youtu.be/Tbx6njgPjuk).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi