Zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Dəyirmi masa” keçirilib

    Məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova, yeniyetmə şagirdlərlə zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Dəyirmi masa” keçirib. Psixoloqlar bildirdilər ki,  hazırkı mürəkkəb şəraitdə gənclərin narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə bütövlükdə nəinki cəmiyyətin,  hər bir şəxsin fərdi və birgə fəaliyyətinə və bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə böyük ehtiyac vardır. Narkomaniya bütün dünyanın bəlasıdır, narkomaniya bir xəstəlikdir. Bu xəstəliyin yaranmasının müəyyən səbəbləri vardır. Heç şübhəsiz ki, bu səbəblərin başında mənəvi boşluq gəlir. Psixoloqlar, şagirdlərlə  zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına və psixologiyasına mənfi təsiri, həmçinin onlardan yayınmağın yolları mövzusunda "Dəyirmi masa" ətrafında  maarifləndirici söhbətlər aparırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi