Onuncu sinif şagirdi Hüseyn Hüseynli Azərbaycan Respublikasının çempionu olmuşdur

    Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulmuşdur. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. 7 gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

   Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin boksçusu 318 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseynli Hüseyn Təvəkkül oğlu iştirak edərək Azərbaycan Respublikasının birinciliyini qazanmışdır. O, final döyüşlərində qalib gələrək çempion tituluna sahib olmuşdur. Hüseyn medal və diplomla təltif olunmuşdur(https://youtu.be/VcTjSD_gi24).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi