"Azərbaycan dili milli varlığımızdır"

    Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Dil ancaq insana məxsusdur. Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir.     Dilimizin yaşaması və möhkəmlənməsinə xalqımız daim həssaslıq göstərmiş, müxtəlif dövrlərdə onunla bağlı müxtəlif fərmanlar verilmiş, elmi-bədii əsərlər dövlət səviyyəsində qiymətləndirilmişdir.

    318 nömrəli tam orta məktəbin Azərbaycan diki və ədəbiyyat müəllimi Diləfruz Abdurahmanova şagirdlərlə  dövlətçiliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dili və onun xalqımızın ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında müstəsna əhəmiyyəti haqqında söhbət etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi