Əhməd Cavadın 130 illiyi ilə əlaqədar "Dəyirmi masa" keçirilmişdir

    318 nömrəli tam orta məktəbdə azərbaycan xalq şairi, tərcüməçi, ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar “Dəyirmi masa” keçirilib.

    ​Tədbirdə qeyd edilib ki, Əhməd Cavad 1919- cu ildə müstəqil dövlətimizin himnini- " Azərbaycan marşı" nı yazıb. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay - ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu.

    Dəyirmi masanın keçirilməsində məqsəd gənc nəsli milli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı ilə yaxından tanış etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi