Şagirdlərlə yol hərəkəti qaydaları haqqında söhbət aparılmışdır

318 nömrəli tam orta məktəbdə şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilir. Uşaq Birliyi Rəhbəri Məlahət Balacanova və psixoloq Vəfa Əliyeva məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda xüsusi dərslər, maarifləndirici tədbirlər təşkil edir.
Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilir və yolda daha diqqətli olmaları tövsiyə edilir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır.
Məktəbdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.