"Boks" üzrə yarışda Hüseyn Hüseynli I yerə layiq görüldü

Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbləri   məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar  inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumi təhsil müəssisələri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının başlanğıc  və orta mərhələlərinin əhatə edilməsinə yönəldir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan bu məktəbin Boks idman növü üzrə açıq birinciliyi keçirilmişdir.  Birincilik 8 Noyabr – Zəfər Gününə həsr olunmuşdur. 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 318 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Hüseynli birinci  yeri qazanaraq, medal və diplomla təltif olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi