Şəhid Hüseynov İsabala Ceyhun oğlunun ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

   318 nömrəli tam orta məktəbdə həmin məktəbin məzunu olan Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Hüseynov İsabala Ceyhun oğlunun ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə  YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri, qazi Vüsal Əliyev, şəhid anası Lalə Səlimova, eləcə də məktəb rəhbərliyi ilə müəllim və şagird heyəti iştirak etmişlər. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz çıxışında şəhidlərimizə dərin hörmət və ehtiramını bildirmiş və  Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. Təşkilat sədri bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Yeganə təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

            Tədbirdə kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şerlər, vətənpərvərlik marşları səslənmişdir.

            Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə özlərinin dərin minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi