"Zəfər günü" tədbiri keçirildi

    8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı.

Bu böyük qələbə ilə əlaqədar 318 nömrəli tam orta məktəbdə “Zəfər Günü” tədbiri keçirildi. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, eləcə də məktəb rəhbərliyi ilə yanaşı müəllim və şagird kollektivi də iştirak etmişlər. Tədbir iştirakçıları öz çıxışlarında qeyd etdilər ki,  8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.  44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın    30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.

Tədbirdə təqdim olunan kompozisiya, rəqs və mahnılar, şagirdlərin söylədiyi şerlər, vətənpərvərlik marşlarının sədaları altında hərbi geyimli şagirdlərin çıxışları maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi