Məktəbdə "Zəfər tarixi" adlı konfrans keçirildi

    Oktyabrın 28-i 2022-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı konfrans keçirilmişdir. Konfransı məktəbin tarix müəllimi Sevda Kərimova və onun dərs dediyi 9-cu sinif şagirdləri təşkil etmişlər.

    Konfransda “Zəfər tarixi” fənninin​ tədris olunmasının əhəmiyyətindən, bu fənnin şagirdlərin milli-mənəvi dəyərlərə malik vətənpərvər ruhda yetişməsinə yardımçı olmasından danışılmışdır. Bu fənnin tədrisində istifadə olunacaq əyani vəsaitlərin tətbiqi canlı şəkildə şagirdlər tərəfindən təqdim olunmuşdur.

    Zəfər tarixinin hər bölümü ayrı-ayrılıqda izah olunmuş və təqdimatlar konfrans iştirakçılarına nümayiş etdirilmişdir.

    Konfransda yekun sözlə məktəbin direktoru Əliqismət Səfərov çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi