Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

 

    318 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

    Şagirdlərlə aparılan söhbətlərdə Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Süleymanova  istiqlal şairinin həyat və yaradıcılığından, müstəqil Azərbaycan uğrunda apardığı şərəfli mübarizədən danışıb. O, bildirib ki, müstəqillik, türkçülük, həmrəylik, birlik, milli şüurun oyanışı ideyalarının beşiyinin başında duran və buna görə də repressiya qurbanlarından biri, bəlkə də birincisi olan Əhməd Cavad, mədrəsə şeirlərindən tutmuş, epik xatirələrə qədər müxtəlif şeirlərin müəllifi, vətənpərvərlik ruhu ilə dolub-daşan, şair, dilçi alim idi.

    Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi