10 Oktyabr-"Ümumdünya Psixi Sağlamlıq Günü"ilə əlaqədar söhbət aparılıb

​       ​Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik.

Təhsildə psixoloji xidmət uşaqların, şagirdlərin psixoloji, sosial-psixoloji və tədrislə bağlı davranış, mənimsəmə və intellektual inkişaf problemlərinin həllinə yönələn, xüsusi üstünlüklərə malik universal xidmət sahəsidir. Ümumilikdə bu xidmət əqli və fiziki baxımdan aktiv inkişaf edən uşaq şəxsiyyətinin sağlam və hərtərəfli formalaşması üçündür.

Məktəb psixoloqu bütün şagirdlərlə, valideynlərlə, xüsusi hallarda pedaqoji heyətlə də işləyən "rəhbər işçi” sayılır. Şagirdlərin əqli-psixoloji sağlamlığına məsuliyyət daşıyır. 318 nömrəli tam orta məktəbin psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərə və tərbiyəçilərə məsləhətlər verir; təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı uşaqlara məsləhətlər verir. Onlar cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparırlar.

10 Oktyabr-"Ümumdünya Psixi Sağlamlıq Günü"ilə əlaqədar məktəb psixoloqları Vəfa Əliyeva və Şəbnəm Hümbətova  şagirdlər ilə maarifləndirici profilaktik söhbətlər aparıb.

"Zərərli vərdişlərin insan sağlamlığına fiziki və psixi təsiri" mövzusu ilə bağlı məktəb psixoloqları  yeniyetmələrlə psixoloji söhbət aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi