Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsinin anım mərasimi keçirilib

318 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə başda məktəbin direktoru Əliqismət Səfərov olmaqla məktəb rəhbərliyi, Muxtar Qasımlının ata və anası, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Əliqismət Səfərov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun böyük şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirib: “Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, o cümlədən şəhid Muxtar Qasımlı və onun döyüş yoldaşları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək tarixi qələbə qazanmaqla bizi 30 illik həsrətdən sonra əzəli torpaqlarımıza qovuşdurdular. Məhz onların qəhrəmanlığı, döyüş əzmi, mərdliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu. Vətən müharibəsində Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatiya sahəsində öz sözünü dedi və düşməni məğlub edərək kapitulyasiya aktını imzalamağa məcbur etdi”.

Daha sonra şəhid Muxtar Qasımlının təhsil aldığı bu məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar  təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi