“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

Narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir.  Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə məktəblərdə müsabiqələr, seminarlar və “dəyirmi masa”lar keçirilməkdədir.

Həmçinin bugün 275 nömrəli məktəbdə bu mövzuda tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Döriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvləri, müəllimlər, şagirdlər, eləcə də 318 nömrəli tam orta məktəbin psixoloqları Vəfa Əliyeva, Şəbnəm Quliyeva və Uşaq Birliyi Rəhbəri Məlahət Balacanova iştirak etmişlər. Çıxış edənlər narkotik asılılıq və onun psixoloji səbəbləri, yeniyetmə və gənclərin narkotik vasitələrdən asılı olma səbəbləri və digər məsələlər barədə danışmışlar.

Tədbirin məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsinə, antinarkotik təbliğat və maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə əlaqədar fiziki hazırlıqların inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi