27 sentyabr - Anım Günüdür

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

318 nömrəli məktəbdə də Anım Günü ilə bağlı mühazirə, “Dəyirmi masa”, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

27 sentyabr Anım Günündə 318 nömrəl itam orta məktəbdə dərslər şəhidlərin əziz xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başladı. Daha sonra məktəbin direktoru Əliqismət Səfərov 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Direktor məktəbimizin məzunları şəhid Muxtar Qasımovun və İsabala Hüseynovun əziz xatirəsini yad edərək onların vətən yolunda göstərdikləri şücaətdən danışdı. O, bildirdi ki, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər. Bu şanlı Qələbəyə gedən yolda canından keçərək əsl qəhrəmanlıq nümunəsi sərgiləyən Vətən övladlarının xatirəsinin yad olunması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi