Şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə yarışda qalibimiz

​     26 sentyabr 2022-ci tarixində ​ Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

    Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.

 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 318 nömrəli tam orta məktəbin 4 “B” sinif şagirdi Abdullazadə Camal 3-cü yeri qazandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi