Məzunlarla görüş keçirildi

Suraxanı Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin keçirtdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir.

Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları, təhsil  işçiləri, ali məktəblərə  qəbul  imtahanında  yüksək  nəticə  göstərən  200-dən çox rayon  məzunu, o cümlədən 318 nömrəli tam orta məktəbin məzunları, ictimaiyyətin nümayəndələri  Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş,  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Görüş  Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş  sözü  ilə  açan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Abbasov   bildirmişdir  ki, hər il məzunlarla görüşün keçirilməsi bir ənənə halını almışdır. İlqar Abbasov qeyd etmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə bu istiqamətdə atılan addımlar bu fikri bir daha söyləməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.           

Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular, məzunlara qiymətli hədiyələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi