Məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi

      5 sentyabr 2022-ci il tarixində 318 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru  Əliqismət Səfərov açıq elan etdi. İlk öncə müəllim heyəti pedaqoji şuranın gündəlikdə olan məsələləri ilə tanış oldu. Gündəlikdə duran məsələlər aşağıdakılardan ibarət idi:

  1. 2021-2022-ci dərs ilinin yekunları
  2. Yeni dərs ilində qarşıda duran vəzifələr
  3. İş rejimi
  4. Sinif rəhbərinin qarşısında duran vəzifələr
  5. Kitabxana işlərinin təşkili
  6. Növbətçilik
  7. Məktəbli forması
  8. Digər cari məsələlər.

      Məktəb direktorunun çıxışından sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mürsəl Kazımov, Rəsmiyyə Hüseynova, Tutu Həmzəyeva, Adilə Həmidzadə və tərbiyə işləri üzrə direktor müavini Malik Mehbalıyev qarşıya qoyulan məsələlər haqqında danışdılar.

      Sonda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək, müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi