1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik,  tariximizə,  milli köklərə bağlılıq, böyüklərə  yüksək  ehtiram və mənəvi  zənginlik  duyğuları  ilə tərbiyə olunması, onların şəxsiyyət və  vətəndaş kimi  formalaşması üçün  ailə də,  dövlət də  məsuliyyət  daşıyır.  Buna görə də Azərbaycanda  uşaq məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir.

            Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.

Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlər keçirilir.

318 nömrəli tam orta məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi