YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib

318 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yusif Eyvazov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının himni səslənmişdir. Daha sonra məktəbin direktoru Əliqismət Səfərov, direktor müavini Rəsmiyyə Hüseynova və Suraxanı rayon Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndəsi çıxışlar etmişlər. Edilən çıxışlarda Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyi, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyası haqqında danışıldı.

YAP üzvlərindən olan məktəbin tarix müəllimi Sevda Kərimova öz çıxışında bildirmişdir ki, bu gün çiçəklənən Azərbaycan hər gün yeni nailiyyətlərə imza atır:

“44 günlük Zəfər qələbəmiz həm tarixdir, həm də iqtisadi inkişaf. Şuşamızın hər həftəsi yeni bir tədbirlə başlayır. Şuşada keçirilən festivallar, Dünya Azərbaycanlılarının V Qurultayı təqdirəlayiq bir haldır. Bu tədbirlərin tarixi şəhərimizdə keçirilməsi ən mühüm hadisədir.

Yeni Azərbaycan Partiyasının sədri, Ali Baş komandanımızın iqtisadi quruculuqla bağlı verdiyi fərmanlar həm də tarixlə bağlıdır. Biz tariximizi bərpa edirik.

Musiqi beşiyi olan Qarabağda musiqi məktəbi, Realnı məktəbinin açılması bu gün bizim uğurumuzdur. Zəfər müharibəsi bir daha dünya dövlətlərinə sübut etdi ki, 30 il onların yekunlaşdıra bilmədiyi məsələ artıq sonunu tapdı. Ali Baş Komandanımız tarixin yeni səhifəsini yazdı. Dünya mətbuat nümayəndələrinin quruculuq işləri gedən bölgələrə səfəri bir daha sübut etdi ki, ermənilərin 30 ilə dağıtdığı ərazilər az vaxtda çiçəklənib.

Azərbaycan ictimaiyyəti öz liderinin ətrafında sıx birləşmişdir. Bu birlik hər sahədə özünü göstərir. Azərbaycan gələcəyə inamla irəliləməkdədir.”

Sonda məruzələr ətrafında müzakirələr aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi