Şagirdlər intellektual oyun üzrə keçirilən yarışda uğurla iştirak etdilər

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 aprel 2022-ci il F-182 nömrəli əmrinə əsasən "Şuşa ili"nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilmişdir. Çempionat  məktəblilərin intellektual və yaradıcı inkişafına dəstək verilməsi, şagirdlərin intellektual yarışlara daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə baş tutmuşdur.

Bu yarışda 318 saylı tam orta məktəbin komandası da uğurla çıxış etmişdir. Bu münasibətlə məktəbin direktoru Əliqismət müəllim, direktor müavinləri Adilə müəllim, Malik müəllim komanda üzvlərini təbrik edərək Fəxri Fərmanla təltif etmiş, gələcək yarışlarda onlara uğurlar arzulamışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi