"Erkən nikaha yox deyək!" adlı tədbir keçirildi

Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah hallarının qarşısının alınmasına dair mütəmadi olaraq həm qanunvericiliyin təkmilləşdirilməsi, yeni sənədlərin hazırlanması və qəbul edilməsi, həmçinin əhalinin, xüsusilə yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın fəsadları barədə məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirilir.

318 nömrəli tam orta məktəbdə də “Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib. Keçirilən tədbirdə erkən nikahın dövrümüzün mühüm və aktual problemlərindən olduğu bildirilərək yaratdığı mənfi nəticələri, fəsadları barədə danışılıb. Həmçinin, erkən nikahın qızların təhsildən yayınmasına səbəb olduğu qeyd edilib.

Tədbirin sonunda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi