Ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr edilmiş tədbir keçirildi

318 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak edib.

Əvvəlcə Azərbaycan respublikasının himni səslənib. Daha sonra məktəbin direktoru Əliqismət Səfərov çıxış etmişdir. O, çıxışında ümummilli lider Heydər Əliyevin xalqımıza, dövlətimizə etdiyi xidmətlərdən söz açdı. Bildirdi ki, yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimiz qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın biri-birilərini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.

Tədbirdə şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirib, şeirlər oxuyub, rəqs ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi