Azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi

Milli müstəqilliyin əsas qayəsi, ilk növbədə, müstəqil dövlətin qurulmasında və səmərəli şəkildə fəaliyyət göstərməsində öz ifadəsini tapır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkəmiz dinc inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın bu günkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycançılıq, dövlətçilik, suverenlik, xalqın vahidliyi, birlik və həmrəylik, vətənpərvərlik, multikulturalizm, ailə dəyərləri, gender bərabərliyi və milli maraqlara xidmət edən digər yüksək milli-mənəvi və ümumbəşəri dəyərləri şagirdlərə aşılamaq, bu istiqamətdə maarifləndirmə işi aparmaq məqsədi ilə 318 nömrəli tam orta məktəbdə tədbirlər, “Açıq dərs”lər keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi