İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər keçirilir

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb. Dövlət başçısının sərəncamında vurğulandığı kimi, XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olub.

1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib. Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.

318 nömrəli tam orta məktəbdə İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Tədbirdə İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu haqqında, İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları haqqında söhbətlər edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi