Xonça müsabiqəsi keçirildi

Elimizə yaz gəlir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, rayihəsini yaz mehinin qanadlarında ətrafa yayan novruzgülü baharın müjdələri kimi könül oxşayır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmış qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır.

Şagirdlər novruzun gəlişi ilə əlaqədar xonça hazırladılar. Məktəbdə xonça müsabiqəsi keçirildi. Hazırlanan hər bir xonça yüksək qiymətləndirirldi (https://youtu.be/2vhC--DY9aA).

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi