Xocalı soyqırımına həsr olunmuş yarışın qalibi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş 26 fevral Xocalı soyqırımının ildönümünə həsr olunmuş yarışda 2011-2013-cü il təvəllüdlü və 50 kq-lıq çəki dərəcəsi ilə idmançılar arasında birinci yer tutduğuna görə 318 nömrəli tam orta məktəbin 5 "Ə" sinif şagirdi Cabbarov Adil Diplom ilə təltif olunmuşdur. Adili oxuduğu məktəbin direktoru Əliqismət müəllim təbrik etmiş və onunla fəxr etdiyini bildirmişdir. Məktəbin rəhbərlik və müəllim heyəti ona gələcəkdə böyük uğurlar arzu etmişlər.