"20 Yanvar" faciəsi unudulmur!

Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu faciədən 32 il keçsə də uşaqdan böyüyə heç kəs bu faciəni unutmur, şəhidlərin xatirəsini əziz tutur, onların məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Bu gün 318 nömrəli məktəbdə ilk dərslər Qanlı Yanvar faciəsinə həsr edildi.
Müəllim və şagirdlər Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini daim əziz tutur və böyük ehtiramla yad edirlər.
Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə bir qürur mənbəyi olacaqdır.