318 nömrəli məktəbdə "Dəmir yumruq" adlı tədbir keçirildi

318 nömrəli tam orta məktəbdə Zəfər gününə həsr olunmuş “Dəmir yumruq” adlı tədbir keçirildi. Tədbiri Gülşən Məmmədovanın rəhbərliyi ilə 2 “E” sinif şagirdləri hazırlamışdı. Tədbirdə məktəbin rəhbərliyi ilə yanaşı müəllim və şagird kollektivi, eləcə də Vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid anaları iştirak etdilər (https://youtu.be/RmTXZbUhBbI).
Əvvəlcə məktəbin direktoru Əliqismət Səfərov Vətənini, xalqını ürəkdən sevən qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarına təşəkkür etdi. 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışdı. O, bildirdi ki, Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın həmrəyliyi, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsi, Azərbaycan oğullarının vətənpərvərliyi, Ordumuzun gücü sayəsində qazanılıb.
Tədbirdə müharibə iştirakçıları çıxış edərək öz şərəfli döyüş yollarından danışdılar. Onlar qazilərə, eləcə də şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.